"Eurovision-2012" mahnı müsabiqəsi bu yarışmanın tarixində ən miqyaslı təşkil olunmuş müsabiqə olacaqdır. Azərbaycan bu tədbirə çox ciddi hazırlaşıb\". SİA-nın verdiyi məlumata görə, bu sözləri tanınmış müğənni Emin Ağalarov "Russian Party for Everybody" adlı gecədə AzərTAc-a verdiyi müsahibəsində söyləyib.
Bildirib ki, bu tədbirə hazırlıq hər yerdə görünür. Həmçinin "Baku Crystal Hall" mahnı yarışması üçün seçilmiş çox gözəl məkandır.
"Eurovision-2012" mahnı müsabiqəsinin finalında "Never enough" mahnısını ifa edəcəyini söyləyən Emin Ağalarov çıxışının möhtəşəm şou olacağını bildirib. Vurğulayıb ki, Bakıya bu çıxış üçün 80 nəfər gəlib. Onunla birlikdə səhnədə bakılılar, moskvalılar, həmçinin rəqqaslar da olacaqlar. Müğənni Qərb dünyası auditoriyası üçün nəzərdə tutulmuş mahnıya milli musiqi alətlərinin əlavə edildiyini, burada həmçinin Müslüm Maqomayev elementi olduğunu bildirib. E.Ağalarov hər şeyin çox yaxşı keçəcəyinə ümidvar olduğunu ifadə edib.
Mahnı müsabiqəsi iştirakçıları arasında Səbinə Babayevanın qalib gələcəyinə ümid bağladığını bildirən müğənni, həmçinin yarışmada Rusiyanın təmsilçisi "Buranovskiye babuşki" qrupunun və Böyük Britaniya təmsilçisi Engelbert Hamperdinkin ifalarını da yüksək qiymətləndirib.
"Eurovision-2012" mahnı müsabiqəsindən sonra sənətçi mayın 27-də "Euroklub"da solo konserti ilə çıxış edəcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB