Prezident İlham Əliyev Çikaqoda bəzi işgüzar görüşlər keçirib

Prezident İlham Əliyev Çikaqoda bəzi işgüzar görüşlər keçirib

Azərbaycan prezidenti Bosniya və Herseqovina rəsmisi Bakir İzzetbekoviç və Monteneqronun baş naziri Lukşiç ilə də görüşüb


Amerikada işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev ötən gün Çikaqoda Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzzetbekoviç ilə görüşüb. Görüşdə iki ölkə arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub. İkitərəfli əməkdaşlığın müxtəlif sahələrdə yaxşı nəticələr verdiyi bildirildi və bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulandı.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ilə bağlı fikir mübadiləsi aparıldı.


Bundan başqa prezidenti İlham Əliyevin Monteneqronun Baş naziri İqor Lukşiç ilə də görüşüb. Görüşdə iki ölkə arasında əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Siyasi sahədə əlaqələrimizin möhkəmlənməsinin digər sahələrdə, o cümlədən iqtisadi istiqamətdə əməkdaşlığın genişlənməsinə təkan verdiyi bildirilib.


Energetika, turizm, nəqliyyat infrastrukturu və digər sahələrdə əməkdaşlığın yaxşı perspektivlərinin olduğu vurğulanan görüşdə əlaqələrimizin bundan sonra da genişləncəyinə əminlik ifadə edilib. /AzərTac/

Bütün xəbərlər Facebook səhifəmizdə