Gəncədə “Mənzil fondunun idarə olunması və yeni metodların tətbiqi” mövzusunda müşavirə keçirilib - FOTO

Gəncədə İqtisadi İnkişaf Nazirliyinini növbəti müşavirəsi keçirilib. SİA-nın bölgə müxbirinin məlumatına görə, "Mənzil fondunun idarə olunması və yeni metodların tətbiqi" mövzusunda keçirilən müşavirədə nazir müavini Sevinc Həsənova, şəhər İcra Hakimiyyəti Aparatınını rəsmiləri və sahibkarlar iştirak edib.

Tədbir iştirakçıları qeyd ediblər ki, son bir il ərzində qəbul olunan qanun atklarının içərisində yeni mənzil məcəlləsi də var. Bu qanun layihəsi mənzil fondunun idarə olunması işini təkminləşdirir, xüsusən vətəndaşların öz mülkiyyətlərini idarə etməyə imkan yaradır.

Ümumilikdə yeni məcəllə vətəndaşların mənzil hüquqlarının maneəsiz həyata keçirilməsində, sosial infrastrukturun inkişaf etdirilməsində, kommunal xidmətlər sisteminin təkminləşdirilməsində və əhalinin komunnal xidmətlərlə təminatının yaxşılaşdırılması sahəsində köklü islahatların aparılması sahəsində böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, analoji müşavirənin respublikanın digər rayonlarında da təşkili nəzərdə tutulur.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə