Gəncədə insan hüquqları ilə bağlı yaradılan Milli Fəaliyyət proqramı müzakirə edilib - FOTO

Gəncədə insan hüquqları ilə bağlı yaradılan Milli Fəaliyyət proqramı müzakirə edilib - FOTO

Gəncə şəhərində Ombudsman Elmira Süleymanova və millət vəkillərinin iştirakı ilə müşavirə keçirilib. İnsan hüquqları üzrə Milli Fəaliyyət planını müzakirəsinin aparıldığı müşavirədə ətraf rayonların hüquq mühafizə və məhkəmə orqanlarının nümayəndələri, həmçinini Gəncə şəhər İcra Hakimiyyəti aparatının rəsmiləri iştirak edib. SİA-nın bölgə müxbirinin məlumatına görə, tədbir iştrakçıları bildirib ki, bu gün Azərbaycanda insan haqlarının qorunması istiqamətində geniş tədbirlər həyata keçirilir.

Avropa Şurası və digər qurumlar qarşısında öhdəlik götürən ölkəmizdə insan hüquqlarının dövlət proqramı icra edilir. Prezident İlham Əliyevin insan hüquqlarının təmin olunmasının səmərəliyinin artırılması yönümündə qəbul etdiyi "Milli fəaliyyət" proqramının yaradılması da həyata keçirilən tədbirlərin növbəti tərkib hissəsidir.

Tədbirdə çıxış edən Milli Məclisin komitə sədri Əli Hüseynov və digər natiqlərdə Milli Fəaliyyət planının əhəmiyyətinə toxunublar.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə