Azərbaycanın ilk 3G mobil operatoru olan Nar Mobile növbəti dəfə gənclərə dəstək olub. Nar Mobile-dan SİA-ya verilən məlumata görə, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN), Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan "Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası" keçirilib. 45 komandanın iştirakı ilə keçirilən olimpiadanın final mərhələsində müvafiq olaraq 1-ci, 2- ci, 3-cü və 4-cü yerləri tutmuş komandalar Nar Mobile-ın təqdim etdiyi qiymətli hədiyyələrlə mükafatlandırılıb.
"Hər zaman ölkə təhsilinə dəstək olan Nar Mobile bu gün də gənclərə, tələbələrə öz sadiqliyini nümayiş etdirib. Bu dəfə şirkət ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasının qaliblərini mükafatlandırır. Bu layihədə əsas məqsədimiz gənc mütəxəssislərin gələcəkdə peşakar kadrlara çevrilməsinə dəstək olmaq və onları stimullaşdırmaqdır. Nar Mobile yarandığı gündən gənclərə və təhsilin təşviqinə yönələn layihələrə öz dəstəyini əsirgəmir. Böyük fərəh hissi ilə bildirirəm ki, Azərbaycanın çox istedadlı gəncləri var"-deyə Azerfon telekommunikasiya şirkətinin baş direktoru Yurgen Pitz bildirib.
Qeyd edək ki, olimpiadanın final mərhələsində iştirak edən və xal toplayan komandalar içərisində iki nəfər xanım iştirakçı "İKT-də xanımlar" günü münasibətilə Azerfon şirkəti tərəfindən müsabiqədən kənar mükafatlandırılırlar.
Məlumat üçün bildirək ki, Nar Mobile brendi ilə tanınan Azerfon telekommunikasiya şirkəti 2007-ci ildə fəaliyyətə başlayıb. Azerfon şirkətinin şəbəkəsi hazırda Azərbaycanın 80%-ni əhatə edir və yüksəksəviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsil şəbəkəsini "3G" texnologiyasına əsaslanan xidmətləri tətbiq edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB