Ombudsman BMT-nin İnsan Hüquqları və Sağlamlıq məsələləri üzrə xüsusi məruzəçisi Annand Qrouver ilə görüşüb. SİA-nın xəbərinə görə, A.Qrouver missiyasının məqsəd və məramını açıqlayıb. Müvəkkil insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyəti, mandatı haqqında məlumat verib, ona verilən yeni səlahiyyətlərlə əlaqədar olaraq Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununa əlavə və dəyişikliklərin edildiyini MPM qismində təyin edildikdən sonra azadlıqdan məhrumetmə yerlərinə başçəkmələr həyata keçirildiyini, saxlanma və məhkumlarla rəftar hallarını araşdırdığını vurğulayıb. Qonaqlara onları maraqlandıran mövzular - səhiyyənin maliyyələşdirilməsi, cəzaçəkmə müəssisələrində məhkumların hüquqları və onlara göstərilən tibbi yardım haqqında məlumat verilib.
Qonağın cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin sağlamlıq hüquqlarının təminatına məsul olan qurumların, məhkəmələrin, polisin fəaliyyəti, narkotik istifadəçiləri ilə bağlı görülən tədbirlərlə, şübhəli və təqsirləndirilən şəxslərə qarşı rəftarla bağlı sualları da ətraflı cavablandırılıb. A.Qrouver səmimi qəbul və fikir mübadiləsi üçün müvəkkilə təşəkkür edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB