Çin Xalq Respublikasındakı ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin ənənəvi beynəlxalq mədəniyyət festival keçirilib. ASAIF-dən SİA-ya verilən məlumata görə, festival müxtəlif ölkələri təmsil edən tələbələrin mədəni əlaqələrini asanlaşdırmaq və ali təhsilin qloballaşdırılmasını təşviq etmək məqsədi daşıyır. Bu dəfəki festival Pekin Dillər və Mədəniyyət Universitetində və Pekin Beynəlxalq İqtisadiyyat və Biznes Universitetində təşkil olunub. Festival çərçivəsində Pekində təhsil alan əcnəbi tələbələr ölkələrinə aid stendlər hazırlayıb. Azərbaycanlı tələbələrin ölkəmizin Çindəki səfirliyinin, xaricdə təhsil alan və məzun olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAİF) dəstəyi ilə hazırladıqları stendlər tədbir iştirakçılarının böyük marağına səbəb olub.
ASAIF -in Cin koordinatoru Vusal Qurbanovun verdiyi məlumata gorə, Azərbaycan stendində xalqımızın mədəniyyətini, tarixini, inkişaf strategiyasını və təbiətini əks etdirən cəlbedici fotoşəkillər, kitab və jurnallar, musiqi alətləri, milli geyimlər, əl işləri, həmçinin turizm imkanları nümayiş etdirilib. Belə tədbirlərin keçirilməsində ASAIF komandasının peşəkarlığı universitet rəhbərliyi və eləcə də stendə təşrif buyuran qonaqların diqqətindən yayılmayıb. Esas məqsəd Çində Azərbaycanı layiqincə təmsil etmək, eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemini Çin ictimaiyyətinə düzgün şəkildə çatdırılmasıdır. Vusal Qurbanov belə mədəniyyət günlərinin əhəmiyyətinidən bəhs edərkən xüsusən vurğuladı ki, məhz ASAIF -in dəstəyi ilə keçirilən belə tədbirlər bir başa lobbiçilik fəaliyyətinin tərkib hissəsi kimi qeyd etmək olar. Əgər bir neçə il əvvəl Azərbaycan haqqında kifayət qədər məlumat olmayan çinlilər, bu gün artıq Qarabağ problemini, Xocalı faciəsi haqqında öz dillərində məlumat ala bilirlər. Bu işdə artıq peşəkar komandaya çevrilən ASAIF komandası gələn tədris ilində Pekin ilə yanaşı digər şəhərlərdə də belə tədbirlərin keşirliməsini məqsədə uyğun hesab edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB