“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi Qazax şəhərində təlim keçirilib

"Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Regionlarda gənc sahibkarlar üçün biznes kurslarının keçirilməsi" layihəsi çərçivəsində təlim keçirilib. SİA-nın məlumatın görə, təlimi Qazax şəhərində 18-27 yaş arası gənclər arasında sahibkarlıq fəaliyyəti ilə bağlı bilik-bacarıq və təcrübəni inkişaf etdirilməsi, sahibkarlıqla məşğul olmaq istəyən imkansız gənclərə, müasir biznes idarəçiliyi vərdişlərinə yiyələnməsini təmin etmək, bölgənin gənc sahibkarlarının fəaliyyətinin nəticələrinin reallaşdırılmasına şərait yaratmaq məqsədilə keçirilib.

Təlimdə çıxış edən "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov ölkəmizdə sahibkarlığın prioritet sahə olduğunu və Azərbaycan Gəncliyi 2011-2015-ci illər Dövlət Proqramında da gənclərin sahibkarlıqla məşğul olması xüsusi nəzərə alındığını bildirib.

Qeyd edək ki, təlimdə 50 –dən çox gənc iştirak edib.



Bütün xəbərlər Facebook səhifəmizdə