"Gənc liderlərin Qış universiteti" layihəsinin bağlanış mərasimi olub
Bu gün "İrəli" ictimai Birliyinin Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə həyata keçirdiyi "Gənc Liderlər üçün Qış Universiteti-Sığortalı Gələcək" layihəsinin yekunu ilə bağlı tədbir keçirilib. SİA-nın məlumatına görə tədbirdə çıxış edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib ki, bu layihə çox uğurlu şəkildə həyata keçirilib və hər bir gəncin professional mütəxəsiss kimi inkişafına şərait yaradıb. "Gənclik zamanı daim qabaqlamalı və yeni-yeni uğurlara imza atmalıdır. Bu gün reallaşıb artıq yekun vurulan layihə ümidvaram ki, gələcək uğurların əsas göstəricisi olacaq".
Tədbirdə çıxış edən Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov isə çıxış edərək vurğulayıb ki, gənc liderlərin sığorta ilə bağlı məlumatlandırılması olduqca önəmli məsələdir."Hər bir məşğuliyyətin əsasında bilik dayanır. Bu layihədə fəal olan 100-ə yaxın qalib gənclərimizin uğurları mən inanıram ki, davamlı olacaq".
Qeyd edək ki, tədbirdə "Qış universiteti"ndə qalib gəlmiş komandanın adı açıqlanıb, layihə iştirakçılarına diplomlar, hədiyyələr təqdim olunub və layihə boyunca çəkilmiş 2 film nümayiş olunub.
Mənzər Ərçəqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB