Sabah Azərbaycanda \"tələbə kartları\"nın təqdimatı keçiriləcək. Tələbə kartlarını gənclərə gənclər və idman naziri Azad Rəhimov və təhsil naziri Misir Mərdanov təqdim edəcəklər. SİA-nın xəbərinə görə, bu barədə məlumat verən nazir Azad Rəhimov bildirib ki, bu kartlar tələbələrə tamamilə təmənnasız və pulsuz veriləcək. Onun sözlərinə görə, bu kartlar vasitəsilə tələbələr ölkədə fəaliyyət göstərən 400-dən artıq satış məntəqəsi, iaşə obyektindən güzəştli istifadə etmək imkanı əldə edəcək.
"İlkin olaraq kartlar 200 minə yaxın tələbəyə paylanacaq. Avropada bu kartlar ildə bir dəfə 10-20 avro qiymətinə satılır. Lakin Azərbaycanda bu kartlar tamamilə pulsuz veriləcək və 4 illik tələbəlik dövründə bundan istifadə edəcəklər", - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB