UNICEF və Xüsusi Olimpiya Komitəsi Azərbaycanda əlilliyi olan uşaqların dəstəklənməsi üçün memorandum imzalayıb

UNİCEF və Xüsusi Olimpiya Komitəsi əlilliyi olan uşaqlar üçün bərabər imkanları təşviq etmək və idman vasitəsilə onların tam potensialına nail olmaqlarına yardım etmək üçün bu gün birgə anlaşma memorandumu imzalayıblar. Bununla əlaqədar keçirilən tədbirdə Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev, Avropa Xüsusi Olimpiya Komitəsinin nümayəndəsi Kşiştof Krukovski, UNİCEF-in Azərbaycan üzrə rəhbəri Mark Herevard və mediya nümayəndələri iştirak edib. SİA-nın verdiyi xəbərə görə, tərəfdaşlıq əlilliyi olan uşaq və gənclərin cəmiyyətə inteqrasiyası ilə bağlı məsələlərin həyata keçirilməsi üçün birgə milli miqyaslı təşviqat kompaniyasının aprılmasını nəzərdə tutur.

Birgə əməkdaşlıq çərçivəsində təşkilatlar rayonlarda xüsusi olimpiya komitəsinin təşviq edilməsi və Xüsusi Olimpiya Komitəsinin regional şöbələrinin yaradılması, əqli əlilliyi olan uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası üçün, əlilliyi olan uşaqların bədən tərbiyəsi dərslərinə və idman məşğələlərinə cəlb olunmasını nəzərdə tutur.

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev bildirib ki, məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyasını və cəmiyyətə adaptasiyasını həyata keçirməkdir. "Bizim ən əsas fəaliyyətimiz olimpiya oyunlarında iştirak edib qalib gəlmək, Azərbaycanın bayrağını yüksəklikdə dalğalandırmağa yönəlib. Lakin bundan da önəmlisi əqli əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyasını təmin etməkdir",-deyə o əlavə edib.

Daha sonra qonaqlarda əqli əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası üçün keşiriləcək tədbirlərə dəstək olacaqlarını bildiriblər.

Tədbir UNİCEF və Xüsusi Olimpiya Komitəsi arasında birgə anlaşma memorandumunun imzalanması ilə başa çatıb.


Nərmin

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...