Səbail rayonunda Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş silsilə tədbirlərə keçirilir - FOTOLAR
Xalqımızın gələcəyi olan uşaqların vətənpərvər ruhda, sağlam böyüməsi istiqamətində aparılan işlər hər zaman Səbail rayon İcra Hakimiyyətinin diqqət mərkəzində olub. SİA-nın icra hakimiyyətindən aldığı məlumata görə, hər bir məktəblinin səbirsizliklə gözlədiyi yay tətilləri ərəfəsində, eləcə də 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibəti ilə Səbail rayon İcra Hakimiyyəti tərəfindən xüsusi tədbirlər planı hazırlanıb, keçəriləcək tədbirlərə daha çox uşağın cəlb olunması nəzərdə tutulub.
Tədbirlər planına uyğun olaraq 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı \"Park Bulvar\" Ticarət və İstirahət Mərkəzindəki \"Park Sinema\" kinoteartrında Uşaq filmləri festivalı təşkil olunub, festival çərçivəsində rayonun orta məktəblərində təhsil alan aztəminatlı ailələrin, həmçinin müxtəlif uşaq tərbiyə müəssisələrində tərbiyə alan və əlil uşaqların bir həftə ərzində hər gün 200 nəfər olmaqla pulsuz 3 D həcmli filmləri nümayiş etdirilir.
Tədbirlər planına uyğun olaraq rayonun müxtəlif orta təhsil müəssisələrində təhsil alan yeniyetmələrin Dənizkənarı Milli Bulvardakı \"Yaxt-klub\"dakı \"Vətən\" gəmisi ilə Xəzər dənizinin Bakı buxtasında gəzintisi təşkil olunub. Tədbirdə 150 nəfərə yaxın uşaq iştirak etmişdir ki, onların da çox hissəsi ilk dəfə idi ki, belə gəzintiyə çıxırdılar.
Xoş və yaddaqalan gəzinti üçün burada hər cür şərait yaradılıb. Gənc musiqiçilərin şən ifaları altında uşaqlar xeyli rəqs edib, yallı gedib, daha sonra isə öz məharətlərini göstərərək şer, mahnılarla həmyaşıdları qarşısında çıxış ediblər. Səbail rayonunun müxtəlif təhsil müəssisələrini təmsil edən bu uşaqlar bir yerdə Azərbaycan Respublikasının Dövlət himnini ifa ediblər.
Uşaqlar və onların müəllimləri Bakı buxtasından əzəmətli Dövlət Bayrağı Meydanını, xüsusi olaraq \"Avroviziya\" Beynəlxalq Mahnı Müsabiqəsi üçün tikilmiş \"Kristall-Xall\" zalını, yeniləşən Bakı Bulvarını, şəhər mərkəzində yeni istifadəyə verilmiş və əsaslı təmir olunmuş bina və digər obyektləri müşahidə ediblər.
Dəniz gəzintisi zamanı uşaqlar qarşısında çıxış edən Səbail rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova bildirib ki, Azərbaycanda Uşaq siyasətinin əsası Ümummillli Lider Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycan körpələri hər il Heydər Əliyevlə olan görüşlərdən sonsuz coşqu və böyük ilham alırdılar. Bu səmimi görüşlər hər bir uşağın yaddaşında əbədi iz qoyublar.
Uzaqgörən siyasi lider olan Heydər Əliyevin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Azərbaycan Prezidenti İlham Əliyevin Uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanın gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayıcağına və Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir.
Bu gün dövlətimiz hər bir Azərbaycanlı uşağının yüksək sosial-mənəvi mühitdə böyüməsinə çalışır. Məqsəd – uşaqların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil edilməsidir.
Keçirilən tədbir aztəminatlı ailələrdən olan uşaqların, onların müəllim və valideynlərinin çox böyük razılıqlarına səbəb olub.
RİH tərəfindən bu istiqamətdə görülən işlər və keçirilən tədbirlər uşaq və yeniyetmlərin asudə vaxtlarının səmərəli təşkilinə yönəldilərək uşaqların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil edilməsi məqsədi daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB