Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin yaydığı məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 16-20, gündüz 25-30 dərəcə isti olacaq.
Azərbaycanın əksər rayonlarında hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 6-11, gündüz 18-23 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz: Mayın 18-dən 20-dək Abşeron yarımadasının hava şəraitinidə mühüm dəyişiklik gözlənilmir. Meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB