"Step İn" gənclərin təşəbbüs qrupu tərəfindən "Eurovision-2012"yə dəstək məqsədilə mayın 14-dən 17-dək keçirilən "Step İn Marathon" layihəsi Azərbaycan gənclərinin yüksək fəallığı şəraitində keçib. Layihə çərçivəsində reallaşan "Alovumuza dəstək ol!" ( Support our fire!) kampaniyası respublikanın nəzərdə tutulan 10 şəhərində - Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Mingəçevir, Şəki, Qəbələ, İsmayıllı və Şamaxıda uğurla başa çatıb. Mayın 18-də kampaniyaya paytaxt Bakıda yekun vurulacaq.
Mayın 17-də İsmayıllıda və Şamaxıda alovlandırılan məşəl ətrafına toplaşan yüzlərlə gənc də bütün Avropada diqqət və həyəcanla izləniləcək "Eurovision-2012" mahnı müsabiqəsinə sonsuz maraq və dəstək nümayiş etdiriblər. Təkcə İsmayıllı və Şamaxıdan tədbirə 800 nəfər, ümumiyyətlə isə Bakı istisna olmaqla 10 şəhərdə 2300 nəfər gənc qatılıb.
Rayonların və şəhərlərin rəhbərləri, Milli Məclisin deputatları, eləcə də yaşlı nəslin nümayəndələri də gənclərlə həmrəylik nümayiş etdiriblər.
Kampaniyalar zamanı gənclərin ifa etdikləri milli mahnı və rəqslər, habelə Avropa və dünya musiqisi iştirakçılarda sonsuz maraq yaradıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB