Dənizkənarı Milli Parkda GSM tipli taksofonlar qurulub

Dənizkənarı Milli Parkda GSM tipli taksofonlar qurulub

"Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində Dənizkənarı Milli Parkın müəyyən ərazilərində GSM tipli müasir taksofonlar qurulub.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildiriblər ki, taksofonlar həm kartla, həm də qəpiklə işlədiyindən istifadəsində heç bir problem yoxdur. Parkın ərazisinin genişləndirilmiş hissəsi də rabitə xidmətləri ilə təmin olunub. Bundan əlavə, Dənizkənarı Milli Parkda istirahət edən xarici qonaqların rahatlığının təmin edilməsi məqsədi ilə simsiz internet şəbəkəsi də istifadəyə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə