Şəmkirdə üzümçülük inkişaf etdirilir

Şəmkirdə üzümçülük inkişaf etdirilir

Şəmkirdə üzümçülüyün inkişafı istiqamətində genişmiqyaslı işlərə başlanılıb. Ölkə prezidentinin sözgedən sahənin yaxşılaşdırılması istiqamətində imzaladığı dövlət proqramına uyğun olaraq Qərb bölgəsinin ən iri aqrar rayonlarından olan Şəmkirdə yeni tədbirlər planı hazırlanıb. Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının Aqrar məsələlər üzrə müavini Pərviz Tağızadənin SİA-nın bölgə müxbirinə verdiyi məlumata əsasən, hazırda rayonda 500 ha-dan artıq üzüm sahəsi mövcuddur. Gələcəkdə daha 1500 ha-dan artıq üzüm bağlarının salınması nəzərdə tutulur.

Əldə olunan məhsullar emal müəssisələrinə təhvil verilir və yerli bazarlarda, kənd təsərrüfatı yarmarkalarında satılır. Rusiya bazarlarına isə hazır şərab məhsulları çıxarılır.

Ümumilikdə rayonun üzüm sahələrində yerli və əcnəbi sort daxil olmaqla 10-dan artıq növdə üzüm əkilir.


İlham Məmmədov


Bütün xəbərlər Facebook səhifəmizdə