"İnsan hüquqları aylığı" çərçivəsində keçirilən və sahə rəislərinin, müvəkkillərinin, tələbələrin, eləcə də şəhərdə fəaliyyət göstərən QHT-lərin aktiv gənclərinin qatıldığı tədbirdə çıxış edən ictimai təhlükəsizlik şöbəsinin rəisi Məhəmməd Yaqubov isə şəhərdə ictimai təhlükəsizliyin vəziyyəti haqqında danışıb. Ötən il ərzində törədilən cinayətlərin statistikasını təhlil edən M. Yaqubov bu cinayətlərin sırasında oğurluq və narkotik vasitələrlə bağlı halların üstünlük təşkil etdiyini sözlərinə əlavə edib. Sumqayıtda ictimai asayişin yüksək səviyyədə qorunduğunu deyən şöbə rəisi polislə vətəndaş arasında olan münasibətlərdən danışıb. Cinayətlərin qarşısının alınması və açılması sahəsində profilaktika tədbirlərinin həyata keçirildiyini bildirən M. Yaqubov Sumqayıtda 14 sahə rəisliyinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. O, həmçinin şəhərdə ümumilikdə 51 sahə müvəkkilliyinin mövcud olduğundan da söz açıb. M. Yaqubov cinayətlərin açılmasında vətəndaşların da xidmətlərinin olmağının vacibliyini önə çəkib. İctimai Şuraların fəaliyyətinə də toxunan şöbə rəisi bu qurum vasitəsilə vətəndaşların polisə yardım etdiyini bildirib.
"Sumqayıt Gənclərinin Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək Şəbəkəsi" ictimai birliyinin sədri Ramil Zeynallı isə çıxışında vətəndaş cəmiyyətinin formalaşmasında insan hüququ və azadlıqlarının qorunmasının, eləcə də bu sahədə maarifləndirici tədbirlərin həyata keçirilməsinin zəruriliyinə diqqət çəkib. O, qarşılıqlı anlaşma şəraitində mənfilikləri aradan qaldırmaq uğrunda polis və vətəndaşın birgə mübarizə aparmalı olduğunu deyib.
Daha sonra mövzu ətrafında sahə rəisləri də öz münasibətlərini bildirdilər. Xatırladaq ki, Sumqayıt şəhərində bu ilk belə tədbir deyil. Belə ki, ötən ildə tərəflərin birgə təşkilatçılığı ilə analoji tədbir keçirilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB