Laçının işğalının 20-ci ildönümü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub
Bu gün Azərbaycanın gözəl guşələrindən biri olan Laçın şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasının 20-ci ildönümü ilə əlaqədar "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycan İcması" İctimai Birliyinin və Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Laçın ictimaiyyətinin nümayəndələri, Milli Məclisin deputatları, icmanın idarə heyətinin üzvləri, respublikamızın tanınmış ziyalıları Şəhidlər xiyabanını ziyarət ediblər.
Yüzlərlə insanın iştirak etdiyi ziyarətdə "Əbədi məşəl" abidəsi önünə əklil qoyulub, Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni faşistlərinə qarşı mübarizədə həyatlarını qurban vermiş və burada uyuyan Vətən övladlarının, o cümlədən laçınlıların məzarları üzərinə qərənfillər düzülüb.
"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycan İcması" İctimai Birliyinin rəhbəri Bayram Səfərov jurnalistlərə açıqlamasında Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini qeyd edib. B.Səfərov bütün xalqımız kimi laçınlıların da dövlətimizin başçısı İlham Əliyevin münaqişənin həlli ilə bağlı danışıqlardakı mövqeyini dəstəklədiyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB