Zəlzələdən zərər çəkmiş rabitəçilərə yardım göstəriləcək

Zəlzələdən zərər çəkmiş rabitəçilərə yardım göstəriləcək

May ayının 7-də Zaqatala və Qax rayonlarında baş vermiş zəlzələdən zərər çəkmiş rabitəçilərə, telekom və poçt filiallarının işçilərinə yardım göstərmək məqsədi ilə Rabitə və İnformasiya texnologiyaları naziri Əli Abbasov və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevin tapşırığı ilə Azərbaycan Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Seymur Orucovun başçılığı ilə nümayəndə heyəti bu rayonlarda olub.

Xatırladaq ki, 11 nəfər rabitəçinin evi tam qəzalı, 20 nəfərin isə qismən qəzalı vəziyyətdədir. Nümayəndə heyəti zərər çəkmiş rabitəçilərlə görüb hadisə yerində olaraq dağıntılarla tanış olub onlara maddi yardımlar göstərilib.


Bütün xəbərlər Facebook səhifəmizdə