Elnur Kələntərov: “Məqsədimiz odur ki, vətəndaşlarla məmurların əlaqəsini minimuma endirək” - MÜNASİBƏT
"Ölkənin bəzi rayonlarında şikayət edənləırin sayı çoxluq təşkil edir ki, bunlar da əsasən ünvanlı sosial yardımların verilməsilə əlaqədardır. Bir çox vətəndaşlar ünvanlı sosial yardım dayandırılanda şikayət edir və məsələ yerində araşdıranda görünür ki, şikayətlər əsassızdır. Korrupsiya ilə əlaqədar olan ərizə və şikayətlərinisə heç biri yerində öz əsasını tapmayıb". SİA-nın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin aparat rəhbəri Elnur Kələntərov deyib.
Onun sözlərinə görə, amma bütün bunlara rəğmən bu o demək deyil ki, mərkəz işçiləri öz işlərini düzgün qurublar. Aparat rəhbərinin fikrincə, əslində fəaliyyət elə qurulmalıdırlar ki, ümumiyyətlə, vətəndaşlardan bu tip ərizə və şikayətlərin sayı kəskin şəkildə aşağı düşsün.
"Məqsədimiz odur ki, vətəndaşlarla məmurların əlaqəsini minimuma endirək. Vətəndaşlar poçt və ya internet vasitəsilə ünvanlı yardım almaq üçün müraciət etsinlər. Bu müraciətlər də mərkəzdə kompyuter proqramında hesablansın, əgər ünvanlı yardım göstərilməsi lazımdırsa göstərilsin, əks təqdirdə ərizəçiyə ünvanlı sosial yardımın verilməməsilə bağlı səbəblər göstərilsin. Artıq bu cür müraciət mexanizminin ölkənin bütün şəhər və rayonlarında tətbiqinə başlanıb. Yaxın gələcəkdə daha geniş şəkildə tətbiq olunacaq", - deyə o əlavə edib.
E.Kələntərov qeyd edib ki, müraciətləri həm elektron, həm də poçt vasitəsilə etmək mümkündür: "Artıq nazirliyə elektron qaydada müraciətlər daxil olmağa başlanıb. Pilot layihə olaraq başladığımız bu çərçivədə nazirlik 11 elektron xidməti vətəndaşların istifadəsinə verib".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB