Saatlı rayonunda sosial obyektlər tikilir, abadlıq quruculuq işləri görülür. SİA-nın Aran bürosuna məlumat verən Saatlı rayon İcra Hakimiyyəti başçısının sosial iqtisadi məsələlər üzrə müavini Rahib Salahov bildirib ki, hazırda Ulu Öndər Heydər Əliyevin adını daşıyan Mərkəz əsaslı yenidən təmir edilərək istifadəyə hazırdır. Eyni zamanda 2 mərtəbəli, 2520 kv metr ölçüdə Gənclər Mərkəzinin binasında sürətlə tikinti işləri davam etdirilir və avqust ayında istifadəyə verilməsi nəzərdə tutulub. R.Salahov həmçinin qeyd edib ki, Gənclər Mərkəzinin sırasında 1020 kv metr ölçüdə Tarix Diyarşunaslıq və Rəsm qalereyasının 2 mərtəbəli yeni tikilən binasında işlər sürətlə həyata keçirilir. Eyni zamanda 2 mərtəbəli 17 qrup üçün nəzərdə tutulan 9 otaqdan ibarət geniş və müasir tərtibatda yeni Şahmat məktəbi tikilir. Bu məktəbin istifadəyə verilməsidə avqust ayında reallaşacaq.
İcra rəsmisi həmçinin əlavə edib ki, avqust ayında tam istifadəyə verilməsi planlaşdırılan YAP-nın Saatlı rayon təşkilatının inzibati binasının da tikintisinə başlanılıb: "Ölkə prezidenti İlham Əliyevin sərəncamına əsasən Saatlı rayonunda Olimpiya İdman Kompleksinin İcra Hakimiyyəti tərəfindən tikintisinə artıq başlanılıb və işlər sürətlə davam etdirilir. Bu sırada Saatlı rayon İcra Hakimiyyətinin inzibati binası əsaslı təmir edilib, dam örtüyü dəyişdirilib, fasadı yenilənib".
R.Salahovun sözlərinə görə, Saatlı rayon mərkəzi xəstəxanasının 126 çarpayılıq korpusu əsaslı təmir olunur və son tamamlanma işləri həyata keçirilir. Saatlı rayonun mərkəzi daxili yolları, Heydər Əliyev prospektində 4 dalan və döngə, Cəfər Cabbarlı, Gənclər və Nəsimi küçələri asfaltlaşdırılıb: "Küçələrin abadlaşdırılması da davam etdirilir. Hazırda Saatlıda tkinti abadlıq, quruculuq işləri dövlət vəsaiti hesabına sürətlə davam etdirilir və əhalinin sosial problemlərinin həlli eyni zamanda səmərəli istirahəti üçün park və xiyabanlar yaradılır".
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB