Konstantin Yerokostopulos: “Avropa Şurası uşaq hüquqları ilə bağlı milli strategiya hazırlayır”

Konstantin Yerokostopulos: “Avropa Şurası uşaq hüquqları ilə bağlı milli strategiya hazırlayır”

"Uşaq hüquqlarının qorunması bugün dövrün ən aktiv məsələrindən biridir. Avropa Şurasına üzv olan dövlətlər çərçivəsində mühüm işlərin görülməsinə, tədbirlərin həyata keçirilməsinə baxmayaraq fakt odur ki, bu gün Avropa uşaqlar hətta məktəblərdə zorakılığın qurbanına çevrilir". SİA-nın xəbərinə görə, bunu Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Konstantin Yerokostopulos deyib. O bildirib ki, etnik mənsubiyyətindən asılı olmayaraq onlara qarşı zorakılıqlar geniş yayılıb. Cinsi zorakılığın qarşısının alınması istiqamətində Avropa Şurası tərəfindən tədbirlərin görüldüyünü deyən beynəlxalq təşkilatın nümayəndəsi qeyd edib ki, Avropa Şurası da BMT-nin uşaq hüquqları ilə bağlı konvensiyasına uyğun olan milli strategiya hazırlamağı düşünür.

"Amma hər bir ölkədə strategiya elə qurulmalıdır ki, uşaqlara yardım etmək mümkün olsun. Avropa Şurası Nazirlər Kabineti 2012-2015-ci illəri əhatə edən strategiya qəbul edib və buraya Azərbaycan da daxil olmaqla 42 ölkə qoşulub. Təbii ki, Azərbaycanın da bu strategiyaya qoşulması müsbət addımdır və ölkələr arasındakı müəyyən problemlərin də həllinə öz töhfələrini verəcək", - deyə o əlavə deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə