Dövlət qurumlarının onlayn şəffaflıq hesabatı mövzusunda tədbir keçirilib

Dövlət qurumlarının onlayn şəffaflıq hesabatı mövzusunda tədbir keçirilib
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Dövlət qurumlarının onlayn şəffaflıq hesabatı mövzusunda tədbir keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Media Hüququ İnstitutunun (MHİ) rəhbəri Rəşid Hacılı, Media məsələləri üzrə müstəqil araşdırmaçı, hüquqşünas Ələsgər Məmmədli, Media Hüququ İnstitutunun proqram koordinatoru Xalid Ağaliyev və digər qonaqlar iştirak edib. Tədbirdə bildirilib ki, bu hesabat "İnformasiya əldə etmək haqqında" qanunla bilgi sahibi sayılan qurumların internet resurslarının monitorinqini əhatə edib. Qeyd olunub ki, MHİ apardığı monitorinqin əsas məqsədi dövlət qurumlarının internet üzərindən bilgiləri yaymaq vəzifəsini icra etməsinin gerçək durumunu öyrənmək, problemləri müəyyənləşdirib hökumətin bilgi azadlığı yönündə səylərinə yardımçı ola biləcək tövsiyyələr hazırlamaq və s. olub. Media Hüququ İnstitutunun (MHİ) rəhbəri Rəşid Hacılının sözlərinə görə, hesabata təqdim olunan nəticələr 69 dövlət qurumunun internet resursunun monitorinqinə əsaslanır. Bildirilib ki, bu hesabat MHİ-nin 2005-ci ildən başlayaraq Bilgi azadlığı sahəsində apardığı araşdırma, monitorinq, tövsiyyələr hazırlanması, ictimai mənafelərin müdafiəsi və maarifləndirmə işinin bir parçasıdır. Media məsələləri üzrə müstəqil araşdırmaçı, hüquqşünas Ələsgər Məmmədli isə çıxış edərək bildirib ki, adı çəkilən bu hesabat bu ilin fevral, mart, aprel, may aylarını əhatə edib. Burada da əsas 68 dövlət qurumundan başlayaraq 17-18-ci sırada yer alanların hamısının faiz göstəricisi aşağı səviyyədədir. Qeyd olunub ki, 30-70 faiz arası şəffaflıq nisbəti Milli Məclisin (MM), Təhsil Nazirliyinin, Vergilər Nazirliyinin, Baş Prokurorluğun və s. saytında özünü göstərir. Digər dövlət qurumlarının saytında isə faiz nisbəti çox aşağıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə