Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubu (CEIBC) və Caspian Energy International Media Group bu gündən etibarən 5-ci \"Brand Award Azerbaijan-2012\" Milli mükafatı üzrə internet-səsvermə prosesinin başlanmasını elan edir.
Klubdan SİA-ya verilən məlumata görə, Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) və Caspian Energy International Media Group layihəsi əsasında təşkil edilən "Brand Award Azerbaijan" mükafatının təqdimat mərasimindən üç ay əvvəl keçirilən internet səsvermə nəticələrinə əsasən ən məşhur mal və xidmət brendlərinə verilir. Səsvermə, mükafatın rəsmi www.brandaward.az veb-saytında keçirilir. Səsvermə iştirakçılarının brendləri saytda pulsuz yerləşdirilir. Qaliblər üçün heç bir əlavə ödəniş nəzərdə tutulmayıb İştirakçıların brendləri təşkilatçılar tərəfindən təsdiqlənmiş nominasiyalara təqdim edilir. "Brand Award Azerbaijan" mükafatının saytında yerləşdirilmiş hər brendə gün ərzində bir dəfə səs vermək olar. Bir səs-bir xal sayılır. Brendlər CEIBC-yə üzv şirkətlərin arasında keçirilən aylıq ekspert sorğusunun nəticələri əsasında saytda yerləşdirilir. Əgər şirkət müsabiqədə iştirak etmək arzusundan imtina edirsə o halda səbəbinin göstərərək rəsmi məktubla təşkilat komitəsinə müraciət etməlidir.
İştirakçı brendlərə mükafatın rəsmi saytında qeydiyyatdan keçmiş bütün internet-istifadəçiləri səs verə bilər. Əgər şirkətin brendi qalib gələrsə o halda brendlərin sahibləri (şirkətlər) "Azərbaycanda ilin bir nömrəli brendi" dərəcəsini göstərməklə "Brand Award Azerbaijan" Milli mükafatının rəsmi loqotipini "brandaward.az saytında keçirilən internet-səsvermə nəticələri üzrə qalib" statusunu qeyd etməklə öz reklam və promo-aksiyalarında, press-relizlərində istifadə etmək və s. hüquqlarına malikdir. Nominantlar həmçinin öz saytlarında, KİV-də və digər mənbələrdə nominant-şirkət tərəfindən yerləşdirilmiş brendlərə səs vermək təklifini yerləşdirmək hüququnu qazanır. İnternet-səsvermə nəticəsində qalib gələn brendlərin adları təltif olunma mərasimində elan ediləcək. Qalib öz məhsulunda,verilmiş sertifikata əsasən \"Brand Award Azerbaijan\" Milli mükafatının adını, loqotipini, keçirilmə ilini mütləq qeyd edərək \"Azərbaycanda ilin bir nömrəli brendi\" sloqanını (şüarını) göstərmək hüququna malikdir. Göstərilən komponentlərdən birinin reklam və ya digər promo-aksiyalarda mövcud olmadığı halda bu, müəllif hüquqların pozulması hesab olunacaq.
Məlumat üçün bildirək ki, "Azərbaycanda ilin bir nömrəli brendi" dərəcəsini göstərməklə 5-ci "Brand Award Azerbaijan-2012" Milli mükafatının təntənəli təqdimetmə mərasimi 2013-ci ilin yazında keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB