Gənclərimiz Avropa Gənclər Parlamentinin Milli Komitələrinin iclasında iştirak ediblər
Azərbaycan Avropa Gənclər Parlamentinə (AGP) üzv qəbul oldunduqdan sonra "Avropa Gənclər Parlamenti-Azərbaycan" İctimai Birliyinin idarə heyətinin üzvləri aktiv fəaliyyətə başlayıblar. Qurumdan SİA-ya verlən məlumata görə, İdarə Heyətinin üzvləri Fəxrintac Abdullazadə, Türkan Vüsət qızı və Bədir Bayramov ilk dəfə olaraq tam hüquqlu üzv kimi Avropa Gənclər Parlamentinin Berlində keçirilən Milli Komitələrinin iclasında iştirak ediblər. Bu iştirak digər dövlətlərin İdarə Heyətlərinin üzvləri ilə sıx əlaqə yaratmaqda böyük rol oynayıb.
İclasda gənclərimiz müxtəlif məsələlərin müzakirəsində və həllində fəal iştirak edib. Belə ki, burada Moldova və Kosova üzv kimi qəbul olunmuş, Bolqarıstan üzvlükdən çıxarılıb təşəbbüs qrupu səviyyəsinə endirilıb, AGP-nin strategiyası ilə bağlı bir sıra yeniliklər edilib və s. məsələlər nəzərdən keçirilib. Eyni zamanda gənclərimiz "AGP-Azərbaycan" İctimai Birliyinin gələcək fəaliyyəti ilə bağlı planlarını açıqlayıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB