“Azərbaycanda uşaq müdafiə sisteminin inkişafı perspektivləri” mövzusunda konfrans keçirilib
Bu gün "Azərbaycanda uşaq müdafiə sisteminin inkişafı perspektivləri" mövzusunda konfrans keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov və beynəlxalq təşkilatların rəhbərləri və digər qonarlar iştirak edib.
Komitə sədri Hadı Rəcəbli tədbirdə çıxışı zamanı bildirib ki, ölkədə uşaq hüquqlarının müdafiəsi ən prioritet məsələlərdən biridir və bu istiqamətdə davamlı addımlar atılır. Azərbaycanda uşaq hüquqları ilə bağlı beynəlxalq konvensiyalar, qonşu ölkələrdə uşaq hüquqları ilə bağlı yeni qununlar qəbul olunub. Lakin mövcud qanunvericilik bazasının beynəlxalq standatlara və müasir dövrün tələblərinə uyğunlaşıması prosesi hələ bitməyib və bu istiqamətdə xeyli işlər görülməlidir.
Tədbirdə iştirak edən digər qonaqlar Azərbaycan uşaq müdafiə sisteminin mövcud vəziyyəti, əldə olunan nailiyyətlərdən və qarşıda duran problemlər barədə danışıblar. Tədbir iştirakçıları eyni zamanda bildirib ki, bu konfrans Azərbaycanda uşaq müdafiə sisteminin növbəti 5 illik dövrdə inkişaf yollarının və istiqamətlərinin müəyyən edilməsinə təkan verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB