Litvada keçirilən “Sosial Media və Gənclik” adlı IV Avrasiya Gənclik Forumu başa çatıb

Litvada keçirilən “Sosial Media və Gənclik” adlı IV Avrasiya Gənclik Forumu başa çatıb

Forumun qapanışında nəzarətsiz inkişaf etməkdə olan sosial mediada müsbət bir dilin istifadə olunmasının vacibliyi yekdilliklə qərara alınıb


Litvada keçirilən "Sosial Media və Gənclik" adlı IV Avrasiya Gənclik Forumu başa çatıb. SİA-nın verdiyi məlumata görə, "Sosial Media və Gənclik" adlı IV Avrasiya Gənclik Forumunun qapanışında nəzarətsiz inkişaf etməkdə olan sosial mediada müsbət bir dilin istifadə olunmasının vacibliyi yekdilliklə vurğulanıb.


Dialoq Avrasiya Platformunun (DAP) dönəm başqanı Vladimir Sergeyçuk bildirib ki, internetin,sosial medianın müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də var. Bunlar motivasiya, vaxtın sərfinin istifadəsi, filtirlənməmiş bilgi və miderasiyon çatışmamazlığıdır ki, gənclərin bu zərərli təsirlərdən qorunma yolları düşünülməlidir.


Millət vəkili, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İB-nin sədri Qənirə Paşayeva bildirib ki, dialoq sadəcə dözümlülükdən, tolerantlıqdan deyil, fərli mədəniyyətlərin daşıyıcılarının biri-birinə qarşılıqlı hörmətindən keçir. O, dünyanın harasında baş verməsindən asılı olmayaraq etnik təmizləmə siyasəti, irqçilik siyasəti aparanlara qarşı hər kəsin öz etiraz səsini ucaltmasının və mübarizə aparmasının vacibliyini bildirib və gəncləri bu kimi məsələlərə həssas olmağa çağırıb. O, sosial medianın da mədəniyyətlərarası dialoqun genişlənməsində böyük rol oynaya biləcəyini deyib. "Biz gənclərə sosial medianı qadağan etməməliyik, bu, faydasız olacaq, biz sadəcə onlara sosial mediadan inkişafları üçün yararlanmaları istiqamətində davamlı bilgiləndirilməli, təhsilləndirməliyik. Bu indi dövlətlərin, cəmiyyətlərin, qeyri-hökumət təşkilatlarının, KİV-lərin, xüsusilə ailələrin üzərinə düşən ən vacib vəzifələrdən biridir"- millət vəkili Qənirə Paşayeva belə deyib.


Dialoqun, tolerantlığın, çoxmədəniyyətliliyin önəmini vurğulayan millət vəkili Ceyhun Osmanlı təkcə Avropada deyil, dünyanın hər yerində multukulturaliz düşüncəsinin gücləndirilməsinin vacibliyini söyləyib və gəncləri dünyanın gələcəyi üçün irqçi düşüncəli siyasətçilərin arxasınca getməməyə cağırıb.


Dialoq Avrasiya Platformunun (DAP) baş katibi İsmail Taş isə fikirlərini Həzrəti Mevlananın "aynı dili deyil, aynı duyğunu paylaşanlar" anlaşır sözləri ilə başlayaraq mədəniyyətlər və sivilizasiyalararası dialoqun vacibliyi haqqında danışıb.


İstanbul Universiteti İlətişim fakultəsi dekanı Aydəmir Okay isə sosial medianın gənclər arasında sürətlə inkişaf etdiyini vurğulayaraq gənclərin onun mücbət tərəflərindən yararlanması istiqamətində məlumatlandırılmasının genişlənməsinin vacibliyindən geniş danışıb.


Azərbaycan Respublikası Milli Elmlər Akademiyası Fəlsəfə İnstitutunun direktor müavini Roidə Rzayeva da sosial media və gənclik mövzusunda geniş çıxış edib və sosial media və postmodernizm paralelliiyini aparıb.


Litva Pedaqoji Universitetinin rektoru Algirdas Gaizutis ilə bildirib ki, ən böyük mücadilə dialoqda mücadilədir.

Bütün xəbərlər Facebook səhifəmizdə