Paytaxtda 30 dərəcə isti olacaq

Paytaxtda 30 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında mayın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, havanın temperaturu gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq.Azərbaycanın rayonlarına gəlincə, mayın 17-də əksər rayonlarda hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə isti olacaq. Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qısa icmalını da açıqlayıb. Mayın 17-də ölkə ərazisində gündüz saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir. Mülayim cənub küləyi üstünlük təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə