Geologiya və Coğrafiya institutlarının elmi şuralarının birgə toplantısı keçirilib

Geologiya və Coğrafiya institutlarının elmi şuralarının birgə toplantısı keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya İnstitutunda Yer elmləri bölməsinin ümumi yığıncağı, Geologiya və Coğrafiya institutlarının elmi şuralarının birgə toplantısı keçirilib. Geologiya İnstitutundan SİA-ya verilən xəbərə görə, AMEA-nın üzvlüyünə növbəti seçkilərlə əlaqədar təşkil olunmuş ikigünlük tədbirdən məqsəd Akademiyanın Yer elmləri üzrə həqiqi və müxbir üzvlərinin vakant yerlərinə namizədlərə iddialarını elmi nailiyyətləri ilə əsaslandırmaq imkanı vermək idi. Geologiya, geofizika, neft və qaz yataqlarının işlənilməsi və coğrafiya ixtisasları namizədliyini irəli sürən alimlərin həm Azərbaycan, həm də dünya elminə vermiş olduqları töhfələr müzakirə edilib.

Toplantıda Geologiya İnstitutundan əlavə, Coğrafiya İnstitutu, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Ekologiya və Təbii Sərvətlər nazirliyinin müxtəlif elmi-tədqiqat institutları, Azərbaycan Dövlət Neft Akademiyası və Bakı Dövlət Universitetində çalışan namizədlərdən ümumən 4 müxbir üzv və 20 elmlər doktoru çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə