Şəmkirdə reyd keçirilib - FOTO

Şəmkirdə reyd keçirilib - FOTO

Şəmkir Qaz İstismarı İdarəsi növbəti dəfə reyd keçirib. Kür qəsəbəsində təşkil olunan monitorinqdə məqsəd əhalinin mavi yanacaqdan düzgün istifadəsini yoxlamaq və abonenti maarifləndirməkdir. Reydlər zamanı vətəndaşlara bildirişlər paylanılıb, sayğaclara müdaxilə halları araşdırılıb. Sayğaclarda müdaxilələr aşkar edilməsə də bəzi vətəndaşların mavi yanacaqdan istifadə zamanı təhlükəsizlik qaydalarına əməl edilməməsi aşkar edilib. Rezin borularla qaz xətləri zərərsizləşdirilib və belə nöqsanlara yol verən şəxslərə xəbərdarlıq edilib. Adıçəkilən qurumun rəis mavini Araz Mustafayevin SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, bu istiqamətdə reydlər davam etdiriləcək.

Əhalinin debutor boruları da monitorinqlərdə nəzərdə saxlanılıb. Ötən illərlə müqayisədə bu səpkidə vəziyyət yaxşılığa doğru dəyişsə də əhali təbəqəsindən işlətdiyi mavi yanacağa görə yığılıb qalan debutor borularının ödənilməsində bəzi çətinliklər qalır.

Qeyd edək ki, qərb bölgəsinin ən iri aqrar rayonlarından olan Şəmkirdə ümumilikdə 32 mindən artıq şəxs mavi yanacaqdan istifadə edir.


İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə