Xaçmazda “İnsan alveri: mahiyyəti doğurduğu təhlükə və onunla mübarizə” mövzusunda təlim keçirilib - FOTO
İnsan alverinə qarşı QHT koalisiyasının üzvü, "XXI Əsrin Qadınları" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Peşə məktəblərində tələbələr arasında insan alverinə qarşı maarifləndirmə işlərinin aparılması" layihəsi çərçivəsində "İnsan alveri: mahiyyəti, doğurduğu təhlükə və onunla mübarizə" mövzusunda Xaçmaz şəhərində yerləşən peşə litseyində növbəti təlimin keçirib. Tədbirdə DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin əməkdaşı Füzuli Qurbanova litseyin direktoru, Abbasqulu Məstəliyevdə iştirak ediblər.
İlk olaraq söz alan İctimai Birliyin sədri Mahirə Əmirhüseynova icra etdikləri layihə barəsində iştirakçılara geniş məlumat verib. Daha sonra təşkilat rəhbəri bildirib ki, insan alverçiləri yalnız qadınlar deyil, kişiləri və uşaqları da qul vəziyyətinə salırlar. Onları müxtəlif formalarda istismar edirlər. İnsanlarla ticarət həm dövlət daxili, həm də beynəlxalq qanunvericilikdə cinayət hesab olunur və qadağan olunur. Bu gün dünyada insan alveri öz miqyasına görə, silah alverindən sonra 2-ci ən geniş və ən çox gəlir gətirən sahə hesab olunur. İnsan alverinin qurbanları dəfələrlə cinsi və fiziki əməyin istismarına məruz qalır. BMT-nin hesablamalarına görə, hazırda dünyada 27 milyon insan qul vəziyyətindədir. ABŞ-ın Federal Təhqiqat Bürosu isə insan alverinin hər il 9.5 milyard gəlir verən kriminal sahə olduğunu vurğulayır.
O qeyd edib ki, bəzən gənclər məlumatsızlıqdan insan alverçilərinin toruna düşürlər. Onlara elə gəlir ki, bu da biznes sahəsidir, kimisə işə düzəltmək, kiməsə iş təklif etməklə yaxşı bir iş qurmaq olar. Nəticədə isə məlum olur ki, gənc özü də tora düşüb, hətta başqasını da buna cəlb edib.
Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 28 iyun 2005-ci il tarixdə \"İnsan alverinə qarşı mübarizə haqqında\" Qanun qəbul olunduğu qeyd edən Mahirə Əmirhüseynova respublikada bununla bağlı mübarizənin sayəsində uğurlu nəticələrin əldə edildiyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB