Millət vəkilləri beynəlxalq konfransda iştirak edəcək

Millət vəkilləri beynəlxalq konfransda iştirak edəcək

Mayın 18-19-da Türkmənistanın Aşqabad şəhərində "Türkmənistan Konstitusiyasının 20 ili: müstəqil dövlət quruculuğunun tarixi təcrübəsi" mövzusunda beynəlxalq konfrans keçiriləcək.Tədbirdə Milli Məclis Sədrinin birinci müavini, palamentin Təhlükəsizlik və müdafiə Komitəsinin sədri Ziyafət Əsgərov və İntizam Komissiyasının sədri Siyavuş Novruzov iştirak edəcəklər. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, konfransda müstəqil Türkmənistanın siyasi, hüquqi inkişafı, dövlətin konstitusion əsaslarının möhkəmləndirilməsi, dövlət quruculuğunun müasirləşdirilməsi barədə çıxışlar dinləniləcək. Tədbirdə Türkmənistanın müstəqillik illərində keçdiyi yol və qazandığı təcrübə geniş ictimaiyyətə çatdırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə