“Vətəni tanı” ümumrespublika kampaniyasının Bakı üzrə final turnirinin qalibləri məlum oldu
Bu gün Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) "Vətəni tanı" ümumrespublika kampaniyasının Bakı şəhəri üzrə final turnirini keçirib. SİA-nın xəbərinə görə, 132-134 saylı Təhsil Kompleksində reallaşan kampaniya Gənclər və İdman, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəsmi tərəfdaşlığı ilə həyata keçirilib.
Millət vəkili Fuad Muradov çıxışında bildirib ki, ölkə başçısı İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyü haqqındakı aydın və qəti qərarına cəmiyyətin aktiv təbəqəsi olan gənclər tərəfindən mövcud güclü dəstəyin aydın şəkildə münayişi hər zaman özünü göstərib. Onun sözlərinə görə, kampaniyanın əsas məqsədləri Azərbaycanın suverenliyinə qarşı müxtəlif daxili etnik amillərdən istifadə olunmasının mümkünsüzlüyünün bəyanı, ölkəni təşkil edən inzibati-ərazi vahidlərinin gənclərə dərindən öyrədilməsinə yardımçı olmaqdan ibarətdir. F.Muradov qeyd edib ki, Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunun bir daha dünya ictimaiyyətinə çatdırılması da kampaniyanın əsas məqsədlərindən biri olub: "Turnirdə Bakı şəhərinin 11 rayonu üzrə keçirilən seçim turlarının qalibi olan insanlar iştirak edib. Bu turda qalib olacaq şagirdlər respublika final mərhələsində Bakını təmsil etmək hüququna yiyələnib. Bu kampaniyanın gələcəkdə işğal olunmuş torpaqlarda davam etdirilməsi nəzərdə tutulur. Ənənvi xarakter alacaq kampaniya ildə bir dəfə təşkil olunacaq".
Sonra isə ARGTMŞ-nın baş katibi Orxan Ərəbov və 132-134 saylı Təhsil Kompleksinin direktoru Sara Xanlarova bu kampaniyanın şagirdlərin gələcək fəaliyyətində və həyatında mühüm rol oynacağını söyləyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB