Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində məktəblərarası forumun final oyunu təşkil edilib - FOTO

Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində məktəblərarası forumun final oyunu təşkil edilib - FOTO

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə "Sağlam Düşüncə" Gənclər Təşkilatı və "Vətəndaş Cəmiyyətində Debat " İctimai Birliyinin təşkil etdiyi "Abşeron Gənclər Debat Forumu - Yaz 2012" layihəsi çərçivəsində Sumqayıt şəhəri Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzində məktəblərarası forumun final oyunu təşkil edilib. "Sağlam Düşüncə" Gənclər Təşkilatından SİA-ya verilən məumata görə, finalda 12 saylı orta məktəbin "Levelellər" komandası ilə "Moonlight" komandası qarşılaşdılar. "Levelellər" komandası "Abşeron Gənclər Debat Forumu -Yaz 2012"-in məktəblərarası forumun qalibi olub.

"FİFA U-17 qadınlararası dünya cempionatı -Azərbaycan 2012"-in tərəfdaşlığı və Delta Group-un sponsurluğu ilə təşkil edilən foruma Sumqayıt şəhərinin orta təhsil müəssisələrinin şagirdlərindən ibarət 18 komanda qatılıb. Seçim turu zamanı Sumqayıt şəhəri 12 saylı orta məktəbdə keçirilmiş oyunlar nəticəsində finala forumun 2 ən yaxşı komandası vəsiqə qazanıb.

Final oyunundan sonra tədbir iştirakçıları "FİFA U-17 qadınlararası dünya çempionatı -Azərbaycan 2012"-in Yerli Təşkilat komitəsi Nərmin Abbasova sentyabr-oktyabr aylarında Azərbaycanda keçiriləcək çempionatın gedişatı, oyunların təşkil olunacağı stadionlar, rəsmi markalar, eləcə də 17 yaşınadək qızlardan ibarət yığmamız və qadın futbolu haqqında barədə məlumatlandırılıblar. Təbir iştiraçılarını Sumqayıt şəhər Gənclər və İdman baş idarəsinin nümayəndəsi Rüstəm Sadıqzadə də salamladı və gənclərə gələcək fəaliyyətlərində uğurlar diləyib. Daha sonra tədbir ən yaxşı natiqlərin və qaliblərin mükafatlandırma mərasimi ilə davam edib. Forumun I ən yaxşı natiqi 12 saylı orta məktəbin şagirdi Həmidov Həmid, II ən yaxşı natiqi 16 saylı orta məktəbin şagirdi Məmmədova Firuzə, III ən yaxşı natiqi isə 3 saylı orta məktəbin şagirdi Vahabzadə Elnur olub.

Qeyd edək ki, 2012-ci ilin aprel-may aylarında təşkil edilən "Abşeron Gənclər Debat Forumu – YAZ 2012" Bakı və Sumqayıt şəhərinin təhsil məsissələrindən ümümilikdə 600-dən çox məktəbli və tələbəni əhatə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə