\"Yeni Media Akademiyası” layihəsi başladı - FOTO

\"Yeni Media Akademiyası” layihəsi başladı - FOTO

\"İRƏLİ\" Gənclik Mərkəzində \"Yeni Media Akademiyası\" layihəsinin ilk gününə start verilib. Qurumdan SİA-ya verilən məlumata əsasən, akademiyanın ilk dərs günündə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, hüquq elmləri namizədi Vüsal Quliyev gənclərə \"Media Hüququ\" fənnindən dərs keçib və mətbuat azadlığından danışıb.

Daha sonra Mərmərə Universitetinin jurnalistika fakültəsi doktorantura məzunu, fəlsəfə elmləri doktoru Vəfalı Əsgərov gənclərə xəbərçilik nəzəriyyəsi haqqında danışıb. Gənclərə xəbərin necə yaranması, hansı qaynaqlara istinad olunması barədə ətraflı məlumat verib. Həmçinin akademiyanın ilk dərs günündə gənclərin iştirakıyla debat baş tutub. Xatırladaq ki, layihəyə 120 nəfər ərizə ilə müraciət edib. Seçim iki hissə olmaqla yazı və müsahibə yolu ilə aparılıb və sonda 30 nəfər akademiyada iştirak hüququ qazanıb.

Qeyd edək ki, layihənin əsas məqsədi medianın perspektivli sahələrində yüksək dünyagörüşlü, savadlı gəncləri üzə çıxarmaq, onların bu istiqamətdə fəaliyyətini düzgün yönləndirib, operativ və effektiv şəkildə məlumatları çatdırma qabiliyyətli, professional gənc jurnalistlər yetişdirib, bu sahədə təcrübə qazanma şansı verərək milli mətbuat məkanında fəaliyyət göstərmələrini təmin etməkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə