Milli Məclisin deputatları Xanhüseyn Kazımlı və Azər Badamov İslam biznesi və maliyyəsi üzrə IV Beynəlxalq Forumda iştirak etmək üçün mayın 16-dan 18-dək Tatarıstanın paytaxtı Kazan şəhərində səfərdə olacaqlar. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, Kazan sammitində əsasən Rusiya ilə İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunacaq, uzunmüddətli əlaqələrin qurulması üçün ticarət və investisiya mühiti öyrəniləcək. Müasir İslam maliyyə sisteminin inkişaf tendensiyalarına diqqət yetiriləcək və Rusiyada bu modelin tətbiqi aspektləri araşdırılacaq.
Tədbirdə Rusiyanın federal və regional dövlət orqanları nümayəndələrinin biznesmenlərlə, İƏT rəhbərliyi və üzv dövlətlərin nümayəndə heyətləri ilə görüşləri də nəzərdə tutulur. Sammitin yekununda "Sivilizasiyaların dialoqu"na həsr olunmuş dəyirmi masa ətrafında fikir mübadiləsi aparılacaq. Deputatlarımız Kazan sammiti çərçivəsində keçirilən bütün tədbirlərdə yaxından iştirak edəcək, müzakirə olunan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB