Azərbaycan yaxın gələcəkdə inkişaf etmiş ölkələr siyahısına daxil olacaq - MÖVQE
Azərbaycanda adambaşına düşən ÜDM artımı ölkəmizin yaxın gələcəkdə inkişaf etmiş ölkələr siyahısına daxil olacağından xəbər verir. İqtisadçı ekspert Vüqar Bayramovun SəsTV-yə verdiyi məlumata görə, ölkə başçısının imzaladığı Azərbaycan 2020: gələcəyə baxış "İnkişaf Konsepsiyası" fərmanı ölkənin iqtisadi startegiyasına hesablanıb. Qeyd edək ki, inkişaf konsepsiyası tək dövlət qurumları tərəfindən deyil, eləcə də vətəndaş cəmiyyəti institutları tərəfindən hazırlanacaq. Fərmanda da qeyd olunduğu kimi, dövlət və qeyri-dövlət qurumlarının iştirakı ilə hazırlanacaq konsepsiyada qarşıdakı 8 il ərzində Azərbaycanın hansı islahatları aparılması yer alacaq. Qeyd edək ki, son dövrlər ölkənin iqtisadi potensialında kəskin artım müşahidə edilir. Belə ki, son ildə Azərbaycan ÜDM həcmi 4 dəfə artıb. Azərbaycanın dövlət gəlirləri son 20 ildə 20 dəfəyə qədər çoxalıb.
Vüqar Bayramovun sözlərinə görə, Azərbaycan da adambaşına düşən ÜDM 10-min dollardan artıqdır. Ölkəmizi qonşu Türkiyə ilə müqayisə etdikdə fərq 3 min dollardır. Praktiki olaraq o deməkdir ki, yaxın illərdə ÜDM artım tempini qoruyub saxlamaq mümkün olacaq.
İqtisadçı ekspertin fikirincə Azərbaycanın böyük 20-ə müşahidəçi kimi dəvət olunması ölkəmizin ciddi iqtisadi inkişaf dönəmi keçirməsindən xəbər verir. Makroiqtisadi göstəricilər və adambaşına düşən ÜDM, dövlət gəlirlərinin artması və əhalinin gəlirlərinin çoxalması Azərbaycana imkan verir ki, ölkəmiz praktiki olaraq keçid dövrünü tamamilə baş çatdırsın. Bundan başqa Dünya Bankının hesabatına görə, Azərbaycan dünyanın 10 ən çox islahat aparan ölkəsidir. Təbii ki, bunlar imkan verir ki, investisiya mühütünün yaxşılaşdırılması fonunda islahatlar davam etdirmək mümkün olsun, eyni zamanda həm daxili həm də xarici investisiyanın həcmini artırmaqla 2020-ci ildə daha yaxşı inkişaf etmiş bir ölkə olsun.
Vüqar Bayramovun sözlərinə görə, "İnkişaf Konsepsiyası"nda prioritet məsələ qeyri-neft sektorunun inkişafıdır. Və nəzərə alsaq ki, 2012-ci ilin birinci rübündə qeyri-neft sektoru 7,7 faiz artıb. Bu iqtisadi artım imkan verir ki, qeyri-neft sektorundakı artım növbəti dövrlərdə davam etdirmək mümkün olsun. Bundan qeyri-neft sektorunun tərkibində müxtəlif sektorlar var ki, onlar müqayisəli üstünülüyə malikdirlər. Yəni onlar prioritet olaraq daha çox inkişaf etdirmək imkanlarına sahibdir.
Təbii ki, bunlardan biri informasiya-texnologiyası sektorudur və nəzərə alsaq ki, ölkə başçısı da elektron hökumətin xidmətlərindən istifadə edilməsi üçün Nazirlər Kabinetinin fəaliyyətinə həsr olunmuş müşavirədə göstəriş verdi. Və bu göştəriş təkcə dövlət qurumlarının xidmətlərindən istifadə deyil. Eyni zamanda informasiya texnologiyalarının inkişafı üçün yeni imkanlarının yaradılmasından gedir. Bununla yanaşı turizm sektoruda qeyri-neft sektorunda ən çox diqqət ayrılan sahəsidir. Qeyd edək ki, Azərbaycanın turizm potensialı kifayət qədər böyükdür. Statistikaya baxdıqda il ərzində ölkəmizə 2 milyon xarici turist gəlib. Təbii ki, bunlar praktiki olaraq Azərbaycanın dövlət büdcəsinə əlavə vəsaitlərin daxil olması deməkdir. Bunda başqa 2020-ci ilə qədər aqrar sektorununda inkişafı davam etdirilməlidir. Nəzərə alaq ki, bu gün aqrar sektorun qeyri-neft sektorundakı payı 7 faizə yaxındır. Baxmayaraq son illərdə artımlar var. Xatırladaq ki, 2010-cil də aqrar sektorun ÜDM-də payı cəmi 5 faiz idi. Bütövlükdə 2020 konseptual baxış layihəsi kompleks tədbirlərin görülməsinə ehtiyac var. Ölkə başçısının məhs bu fərmanı imzalaması və xüsusən dövlət qurumları qarşısında tapşırıqlar irəli sürməsi ondan xəbər verir ki, Azərbaycan 2020-ci ilə ciddi, eləcə də əsaslandırılmış bir iqtisadi proqramla getmək istəyir. Çünki növbəti illərdə Azərbaycanın inkişaf meyilləri müəyyənləşir. Məlum olduğu kimi 2016-cı ildən başlayaraq Azərbaycanın qaz satışından gəlirlərin artması planlaşdırılır. Yəni, praktiki olaraq ARDNŞ-in məlumatına görə, 2017-ci ildə Azərbaycan 50 milyard kumetr mavi qaz hasil edəcək. Və təbii ki, qaz sektorunda ixrac potensialının artması və bunun müqabilində dövlət gəlirlərinin artması fonunda yeni bir proqrama ehtiyac var o proqram müəyyənləşdirməlidir ki, Azərbaycanın artan dövlət gəlirləri fonunda hansı istiqamətlərə prioritet vəsait ayrılmalıdır. O, baxımdan belə bir sənədin imzalanması mühümdür. Bu sənəd Azərbaycan hökuməti üçün növbəti 8 ildə inkişaf meyillərini müəyyənləşdirən həlledici sənədlərdən biridir. Bu konseptual baxışın məqsədi odur ki, Azərbaycanın iqtisadi gücünü qoruyub saxlasın.
Vüqar Əliyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB