Xeyirxah missiyalı “Siz tək deyilsiniz!” kitabının təqdimatı keçirildi
Bu gün Səs İnformasiya Agentliyinin konfrans zalında Azərbaycan Respublikasının Prezidenti yаnında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondu tərəfindən həyata keçirilən "Siz tək deyilsiniz!" Tənha insanlara sosial və psixoloji dəstək layihəsi çərçivəsində Azərbaycan Respublikası qanunvericiliyinə istinadən "Valideyinlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş yeniyetmə və gənclərin və tənha insanların tibbi-sosial hüquqları" haqqında sənədlər toplusu olan " SİZ TƏK DEYİLSİNİZ!" kitabının təqdimatı keçirildi.
"Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, kitab aztəminatlı ailələrin, valideyinlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş uşaq və gənclərin və tənha ahıl nsanların tibbi-sosial müdafiəsinə kömək etmək məqsədi ilə yaddaş kitabı kimi tərtib edilib.
Kitabın tərtibatçısı "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun prezidenti Sərraf Oruc qeyd edərək bildirdi ki, uşaq evlərində, internatlarda yaşayan, valideyinlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş uşaq və gənclərin, həmçinin, qocalar evlərində məskunlaşmış ahıl insanların tibbi-sosial müdafiəsinin təmin edilməsi istiqamətində dövlət tərəfindən müəyyən tədbirlər görülsə də mövcud problemləri hələ də tam aradan qaldırmaq mümkün olmayıb. Bu insanların özlərini cəmiyyətdən kənar hiss etməmələri üçün onların yaşayışını nəzarət altında saxlamaqla sosial təminatını günü-gündən yaxşılaşdırmağa çalışmalıyıq. Buna görədə "Siz tək deyilsiniz!" Tənha insanlara sosial və psixoloji dəstək layihəsini həyata keçiririk. Məqsədimiz günümüzün ən aktual problemlərindən olan uşaq evlərində, internatlarda yaşayan valideyinlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş uşaq və gənclərin həmçinin, övladları və yaxın qohumları tərəfindən müəyyən səbəblərlə aldadılaraq əmlakları əlindən alınıb qocalar evlərinə və küçələrə atılmış insanların tibbi-sosial məsələləri ilə bağlı yaranmış problemlərin həllinə köməklik göstərməkdən ibarətdir.
Ümid edirik ki, "Siz tək deyilsiniz!" Tənha insanlara sosial və psixoloji dəstək layihəsi sahəsində görüləcək işlər, valideyinlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş yeniyetmə, gənclər və ahıl tənha insanlar barəsində nəzərdə tutulmuş dövlət siyasətininə və ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına dəstək olacaqdır.
"SİZ TƏK DEYİLSİNİZ!" kitabının məsləhətçisi, Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin baş məsləhətçisi, Dövlət qulluğunun baş müşaviri Rasim Mirzəyev çıxış edərək bildirdi ki, "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası"nda əlillərin və sağlamlıq imkanları məhdud uşaqların, valideyinlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş uşaq və gənclərin və tənha ahıl insanların tibbi-sosial problemlərinin həll edilməsi ilə bağlı proqram və layihələrə üstünlük verilməsi QHT-lərə dövlət dəstəyinin prioritet sahələri sırasına daxil edilmişdir. Hazırda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən cəmiyyətimiz üçün aktual olan layihələrin maliyyələşdirilməsi zamanı bu qəbildən olan insanların təmsil olunduqları QHT-lərin də iştirakına geniş yer verilir ki, bu da təqdirəlayiq hal kimi yüksək qiymətləndirilməlidir.
Rasim Mirzəyev xususilə qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəsdəyi ilə bir çox QHT-lər, dövlət uşaq evlərində, internatlarda yaşayan valideyinlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş uşaq və gənclərin həmçinin, qocalar evlərində məskunlaşmış ahıl insanların tibbi-sosial hüquqlarının hüquqi cəhətdən maarifləndirilməsi, onlara qarşı yol verilən hər hansı bir ayrı-seçkilik, qeyri-insani rəftar və digər hüquq pozmaların aradan qaldırılması istiqamətində zəruri layihələr həyata keçirir. Belə layihələrdən biri də "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondu tərəfindən həyara keçirilən "Siz tək deyilsiniz!" Tənha insanlara sosial və psixoloji dəstək layihəsidir.
Ümidvarıq ki, layihə çərçivəsində nəfis tərtibatla hazırlanmış " SİZ TƏK DEYİLSİNİZ!" kitabında toplanmış sənədlər valideyinlərini itirmiş və valideyin himayəsindən məhrum olmuş uşaq və gənclərə və ahıl tənha insanlara Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında təsbit olunmuş sosial təminat və sağlamlıq hüquqları barədə geniş məlumatlar əldə etməsinə və hüquqlarının müdafiəsinə yardımçı olacaqdır.
Tədbirdə QHT rəhbəri və kütləvi informasiya işçiləri çıxış edərək, "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondu tərəfindən həyara keçirilən "Siz tək deyilsiniz!" Tənha insanlara sosial və psixoloji dəstək layihəsi sayəsində görülən xeyirxaq işləri və layihə çərçivəsində çap olunmuş "SİZ TƏK DEYİLSİNİZ!" maarifləndirmə kitabını tədqirə layiq hesab edərək yüksək qiymətləndirdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB