Millət vəkili Qənirə Paşayeva "Sosial Media və Gənclik" adlı IV Avrasiya Gənclik Forumunda iştirak etmək üçün Litvaya gedib. SİA-nın məlumatına görə, Litvanın Dialoq Avrasiya Platformu təşkilatı tərəfindən təşkil edilən bu forumda millət vəkili Qənirə Paşayeva gənclərin sosial məsələlərin həllində rolu mövzusunda geniş məruzə ilə çıxış edəcək.
Forumda sosial medianın dünəni, bu günü və sabahı, sosial medianın gənclərin həyatındakı yeri, sosial media - əxlaq normaları, sosial media qurumlarının xarici əlaqələrə təsiri, sosial medianın reklam, marketinq və ünsiyyətdə istifadəsi, sosial medianın insanların psixoloji və sosial yaşam tərzinə təsiri, ümumi media və sosial media arasındakı fərqlər, sosial medianın yaşayış xərclərinə təsiri, bilgi paylaşımı və sosial media, şirkətlərin böyüməsində sosial medianın rolu, peşəkar idarəçilərin uğurlarında sosial medianın rolu mövzusunda müzakirələr aparılacaq.
Bundan əlavə millət vəkili Qənirə Paşayevanın səfər çərçivəsində bu ölkənin bəzi rəsmi şəxsləri, yerli dövlət qurumları, universitetləri, tanınmış qeyri-hökumət təşkilatları, mətbuat və media nümayəndələri və Azərbaycan diaspor təşkilatlarının nümayəndələri ilə görüşləri də olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB