\"Laçın: həqiqətlər, mülahizələr, tarixi dəyərlər\" adlı kitab işıq üzü görüb

Laçının işğalının ildönümü ərəfəsində tədbirlər təşkil edilir. SİA-nın məlumatına görə, bununla əlaqədar bu gün "Laçın: həqiqətlər, mülahizələr, tarixi dəyərlər " kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə iştirak edən kitabın müəllifi, Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Faiq İsmayılov bildirib ki, kitabın yazılmasında məqsəd Laçının işğalı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır. Müəllif kitabın 4 ilə ərsəyə gəldiyini də tədbir iştirakçılarının diqqətinə çatdırıb: "Kitabda işğal altında olan mədəniyyət abidələri, Laçın mədəniyyətinin tarixi, Laçın tayfaları, şəhərin etnik tərkibi öz əksini tapıb".

Məlumat üçün bildirək ki, kitab Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyi tərəfindən maliyyələşdirilib.


Aytəkin Şirinova


Bütün xəbərlər Facebook səhifəmizdə

loading...