DAK Brüsseldə keçirilən qurultayla bağlı tədbir təşkil edib

Bu gün Dünya Azərbaycanlıları Konqresi (DAK) Birlik Qurultayına Hazırlıq Təşkilatı Komitəsi Belçikanın paytaxtı Brussel şəhərində baş tutmuş qurultayla bağlı mətbuat konfransı keçirib. SİA-nın məlumatına görə, konfransda DAK-ın idarə heyətinin üzvü Səftər Rəhimli, DAK-ın fəxri sədri, Böyük Britaniyada Edinburq Universitetinin professoru Qulamrza Səbri Təbrizi, DAK-ın sədri Mirəşrəf Fətiyev, Azərbaycanın İrandakı keçmiş səfiri Əlyar Səfərli, DAK-ın idarə heyətinin üzvü Cavad Derəxti və digərlərı çıxış ediblər.


Tədbirdə çıxış edən Edinburq Universitetinin professoru Qulamrza Səbri Təbrizi qeyd edib ki, Belçikada baş tutmuş qurultayda DAK-ın əsas məqsədi diaspor halında birləşərək xarici ölkələrdə Azərbaycanın mövqeyini müdafiə edib Qarabağ və işğal olmuş torpaqlarımızın mənfur düşmənlərimizdən azad olunması istiqamətində uğurlu fəaliyyətini təmin etmək, Güneydə baş verən cinayətləri ifşa etmək və Güney Azərbaycanı azad edilməsi yollarını müzakirə etmək olub: "Biz bu islahatları uğurla həyata keçirmək üçün daima dövlətimizin arxasındayıq".


Tədbirdə çıxış edən DAK-ın sədri Mirəşrəf Fətiyev isə çıxışında bildirib ki, Brusseldə baş tutan 38 xarici ölkənin iştirak etdiyi qurultayda 21 nəfər idarə heyəti təşkil olunub: "Bu gün mən deyə bilərəm ki DAK Azərbaycanın mövqeyini müdafiə edərək, hazırlanmış bəyanatlarda Azərbaycan həqiqətlərini Avropa dövlətlərinə çatdıraraq fəaliyyətini çox uğurla davam etdirir".


Mənzər Ərçəqızı

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...