Yol mədəniyyəti ilə bağlı layihə hazırlanır

Yol mədəniyyəti ilə bağlı layihə hazırlanır

Yol təhlükəsizliyinə ciddi əməl olunmasını təşviq etmək və vətəndaş məsuliyyətini artırmaq məqsədilə Gənclər üçün Təhsil Mərkəzi yeni layihənin – yol mədəniyyətinin inkişafına etdirilməsinə dəstək layihəsinin icrasına başlayır. SİA-nın xəbərinə görə, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırılan layihə yaşından asılı olmayaraq, hər bir Bakı sakininin yol mədəniyyətinin daha da inkişaf etdirilməsinə yönəlib.

Layihə çərçivəsində insanların diqqətinin bu məsələyə yönəltmək üçün aksiyaların, veloyürüşlərin, müsabiqələrin və sosial şəbəkələrdə maarifləndirici kampaniyaların keçirilməsi nəzərdə tutulur. Mərkəzin mətbuat katibi İnqilab Fərzəliyevin verdiyi məlumata görə, layihə həm də BMT-nin 2011-2020-ci illər üzrə yol təhlükəsizliyi ilə bağlı qəbul etdiyi dekadaya töhfə vermək və hər kəsi bu işdə fəal olmağa çağırmaqdır.

Layihənin növbəti aylarda Azərbaycanın əsas magistral yolları üzərində yerləşən regionlarda davam etdirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə