Ermənistanda Azərbaycan dilində ilk dərs vəsaiti təqdim olundu

Ermənistanda Azərbaycan dilində ilk dərs vəsaiti təqdim olundu

İDU-nun dekan müavini Ruben Melkonyan: "Azərbaycanşünaslıq türkologiyanın ayrılmaz tərkib hissəsidir"


İrəvan Dövlət Universitetinin türkologiya kafedrası Azərbaycan dilində ilk dərs vəsaitinin təqdimatını keçirib. Vəsaitlə erməni jurnalistlərini İDU-nun şərqşünaslıq fakultəsinin dekan müavini Ruben Melkonyan tanış edib. "Azərbaycanşünaslıq türkologiyanın ayrılmaz tərkib hissəsidir. Ermənistanın müstəqilliyini əldə etməsindən sonra isə mövcud elmi istiqamət strateji əhəmiyyət daşımağa başlayıb. Məncə, Azərbaycan dilinin öyrənilməsinin zəruriliyi barədə əlavə danışmağa ehtiyac yoxdur. Azərbaycan bizim qonşumuzdur, düşmənimizdir və onun dilinin öyrənilməsi bizim üçün həm elmi, həm də siyasi cəhətdən lazımlıdır", - deyə o vurğulayıb.


Erməni saytları xəbər verir ki, Melkonyan İDU-nun türkologiya kafedrasının fəaliyyətini genişləndirərək azərbaycanşünaslığı dərindən öyrənəcəyini və Orta Asiyanın türk dövlətləri ilə bağlı tədqiqatlarını gücləndirəcəyini önə çəkib. Onun sözlərinə görə, Azərbaycan dilində dərs vəsaiti kafedranın mövcud istiqamətdəki ilk əməyidir. Vəsaitin ali məktəblərin dərs vəsaiti üçün nəzərdə tutulan elmi normalara tam cavab verdiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə