“İRƏLİ\" və “Qarant İnvest” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb - FOTO

Azərbaycan Respublikasının Prezidentinin "2011-2020-ci il üzrə Azərbaycanda maliyyə bazarlarının inkişafı" sahəsində qəbul olunmuş fərmanı, ölkəmizdə və xüsusən təhsil müəssisələrində yetişməkdə olan gənc nəslin maliyyə sahəsində maarifləndirilməsinin önəmini nəzərə alaraq \"İRƏLİ\" İctimai Birliyi ilə "Qarant İnvest" şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıb.Qurumdan SİA-ya verilən məlumata görə, müqaviləyə əsasən "İRƏLİ" İctimai Birliyi və "Qarant İnvest" şirkətinin birgə təşkilatçılığı ilə \"Gənc İnvestor\" layihəsinin reallaşdırılması, təcrübə proqramlarından istifadə olunması və maliyyə sektoru ilə əlaqədar bir sıra layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Memorandum "İRƏLİ" İctimai Birliyinin "İqtisad" Mərkəzinin rəhbəri Yusif Vəliyev və "Qarant İnvest" şirkətinin direktoru Fərid Səttarov tərəfindən imzalanıb.

"İRƏLİ" İctimai Birliyi və "Qarant İnvest" şirkəti arasındakı əməkdaşlığın əsas məqsədi maliyyə sahəsində tələbə və magistrlara ödənişsiz, yüksək keyfiyyətli təlimlərin həyata keçirilməsi və təlim iştirakçılarının maliyyə sahəsində təcrübə qazanmasına dəstək olmasıdır.

Qeyd edək ki, layihələr "İRƏLİ" İqtisad Mərkəzi tərəfindən reallaşdırılacaq.




Bütün xəbərlər Facebook səhifəmizdə

loading...