Brüsseldə Suriya müxalifət tərəfdarları etiraz aksiyası keçirib

Brüsseldə Suriya müxalifət tərəfdarları etiraz aksiyası keçirib
Belçikanın paytaxtı Brüsseldə Suriya müxalifət tərəfdarları etiraz aksiyası keçirib. Avropa Birliyi nümayəndəliyi qarşısında baş tutan aksiyaya 100-ə yaxın fəal qatılıb. Aksiya iştrakçıları əllərində Suriya və Avropa Birliyinin bayraqları ilə prezident Bəşər Əsədə qarşı şuarlar səsləndiriblər və onun hakimiyyəti tərk etməsini tələb ediblər. Suriya Beynəlxalq Şurasının üzvü və Belçikadakı Suriya İnqılabına Dəstək Komitəsinin rəhbəri Rimon Yukanna bildirib ki, Əsəd rejimi ölkəsində qətliyama dərhal son qoymaldır."Zorakılığın yeganə səbəbkarı Əsəd və onu tərəfdaşlarıdır. Qətliyamların arxasında nə Əl-Qaidə, nə də başqa terrorçu qüvvələr yoxdur. Biz Əsədi artıq Suriyada görmək istəmirik. Hökumətin müxalifətlə dialoq qurmaq ehtimalı da qalmayıb", - deyə Yukanna fikrini ifadə edib.Etirazçılar, həmçinin, Türkiyənin Suriya xalqına siyasi, iqtisadi və strateji baxımdan dəstək olmasını istəyiblər. Suriyadakı vəziyyətin Avropa Birliyində olduğu kimi NATO-da da tənqid edilməsi üçün Türkiyənin tədbirlər görməsinin vacib olduğunu qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə