Güclü yağış Şəkidə fəsadlar yaradıb

Dünən gecədən yağan yağış Şəkidə problemlər yaradıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, bir necə evə ciddi ziyan dəyib. Leysandan sonra zirzəmilərə dolan sel və arx suları evlərdə gölməçələr yaradıb. Sakinlər gecədən başlayaraq, suyu təmizləmək istəsələr də ərzaq məhsulları və xeyli əşyalar suyun içərisində qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...