Sumqayıtda Hərbi jurnalistika mövzusundə dəyirmi masa keçirilib

Sumqayıtda Hərbi jurnalistika mövzusundə dəyirmi masa keçirilib
Bu gün "Sumqayıt Gənclərinin Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək Şəbəkəsi" ictimai birliyinin həyata keçirdiyi "Ümumi jurnalistika" kursları çərçivəsində Sumqayıtda "Hərbi jurnalistikanın prinsipləri" mövzusunda təlim keçirilib. SİA-nın xəbərinə görə, Sumqayıt İnsan Hüquqlarının Tədrisi üzrə Təlim və Resurs Mərkəzində baş tutan təlimdə "Jurnalistikada ədalət prinsipi", "Ekstremal vəziyyətlərdə reportajin hazırlanması qaydaları", "Müharibə jurnalistikasının qaydaları" və "Jurnalist fövqəladə vəziyyətlərdə özünü necə qorumalı?" təlimi əsas müzakirə mövzusu olub.

Təlimdə Sumqayıtda fəaliyyət göstərən "168 saat" qəzetinin redaktoru Elvin Babayev, "Tv plyus" jurnalının və "Ekran-efir" qəzetinin məsul redaktoru Elnur Ağayev, "Zaman Azərbaycan" qəzetinin bölgə müxbiri Ceyhun Məmmədov, "Gəncliyin səsi" onlayn radiosunun əməkdaşı Aygül Abdulkərimova, müxtəlif gənclər təşkilatlarının fəal gəncləri və tələbələri iştirak edib.

Dəyirmi masanı giriş sözü ilə açan "Sumqayıt Gənclərinin Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək Şəbəkəsi" ictimai birliyinin sədri Ramil Zeynallı əvvəlcə rəhbərlik etdiyi təşkilatın fəaliyyəti, həyata keçirdiyi layihələr barədə məlumat verib.

Daha sonra Hərbi jurnalistika sahəsində mövcud prinsip və qaydalardan danışan "Səstv"-nin baş reaktoru Məhsəti Şərif bildirib ki, müharibə jurnalistikasında ən mühüm cəhətlərdən biri informasiyanın operativ şəkildə çatdırmaqla yanaşı ehtiyatlı və diqqətli şəkildə ötürməkdir. Baş redaktor qeyd edib ki, informasiyanın hədəf obyektə ötürülməsində narahatçılıq yaradan məqamlar olmamalı və bu məsələlərə xüsusilə diqqət yetirilməlidir. Eyni zamanda, o vurğulayıb ki, reportyor ən çətin zamanda, eləcə də ən qaynar nöqtələrdən xəbər vermə və reportaj hazırlamaqla yanaşı, təhlükəsizlik qaydalarına da ciddi şəkildə riayət etməli, öz həyatını xüsusən də operator heyətinin həyatını qorumalıdır.


Praktiki çalışmalarla davam edən təlim sonda qarşılıqlı sual-cavab şəraitində başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə