Bu həftə Azərbaycanın Zaqatala rayonu 7 ballıq zəlzələ iləəməlli-başlı silkələndi. Belə ki, mayın 7-si səhər saatlarında Zaqatalada güclü zəlzələ baş verməsi oradakı mühiti təmailə dəyişdi. Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, hadisə Bakı vaxtı ilə saat 09:40-da Zaqatala rayonunundan 17 km cənub-qərbdə qeydə alınıb. Yeraltı təkanların gücü episentrdə 7 bal olub. Zaqatala, Balakən, Şəki, Qax, Oğuz, Mingəçevir, Gədəbəy və Şəmkirdə yeraltı təkanlar daha çox hiss olunub.
Lakin zəlzələ bununla kifayətlənməyib. Bunun ardınca həmin axşam 5,7 bal, sonrakı günlər isə 4-4,5 bal gücündə yenidən yeraltı təkanlar qeydə alınıb. İlk zəlzələ zamanı binalar tam dağılmasa da həmin günün axşamı baş verən 5,7 bal gücündə təkanlar isə tikililərin bir hissəsini dağıdıb. Zəlzələ 3000-ə yaxın evi, həmçinin 123 sosial obyekti uçurub və ya zədələnməsinə səbəb olub. Xoşbəxtlikdən zəlzələ nəticəsində insan tələfatı qeydə alınmayıb.
İlkin olaraq zəlzələ baş verən ərazidəki vəziyyətlə tanış olmaq üçün fövqəladə hallar naziri Kəmaləddin Heydərov həmin bölgəyə səfər edib, məsələ ilə yerindəcə tanış olub. Nazir bildirib ki, bir neçə kənddə köhnə tikintilərə zərər dəyib, bəzi evlərdə çatlar əmələ gəlib. Bundan sonra zərər çəkmiş tikililərin qeydiyyatı aparılıb. Nazir Zaqatala və ətraf rayonlarda heç bir problem, təşvişə səbəb olacaq halın baş vermədiyini bildirib. Onun sözlərinə görə, rayonlarda əhali gündəlik həyat tərzini davam etdirir, bütün infrastruktur tam gücü ilə işləyir.
Mayın 8-də Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycanın şimal-qərb bölgəsində baş verən zəlzələnin nəticələrinin aradan qaldırılması, təmir-bərpa işlərinə başlanılması üçün 2012-ci il dövlət büdcəsinin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə ilkin olaraq 20 milyon manat vəsait ayrılıb.
Mayın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zəlzələdən zərər çəkmiş bölgənin sakinləri ilə görüşmək və təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə bağlı görülən tədbirlərlə yerində tanış olmaq üçün Zaqatala rayonunda olub. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Prezidentə təbii fəlakətin nəticələri barədə ətraflı məlumat verib. Sonra Prezident İlham Əliyev baş vermiş zəlzələnin episentrində yerləşən Zaqatala rayonunun Gözparaq kəndinə gələrək burada kənd sakini, Qarabağ müharibəsi veteranı Mahir Sultanovun zəlzələdən ziyan çəkən evinə baxıb.
Bölgədəki vəziyyətlə tanışlıqdan sonra Zaqatala rayonunda zəlzələ ilə bağlı yaradılan qərargahda Prezident İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib. Dövlət başçısı zəlzələ nəticəsində dağılan evlərin operativ qaydada sökülməsi, sakinlərin istəkləri də nəzərə alınmaqla sahəsinə görə daha geniş və keyfiyyətli evlərin tikilməsi barədə aidiyyəti qurumalara tapşırıqlaırnı verib. Prezident zəlzələdən ziyan çəkən sakinlərinin müvəqqəti yerləşdiirlməsi, onların ərzaq, səhiyyə və digər xismətlərlə təmin olunması barədə müvafiq orqanlara göstərişlərini verib.
Mayın 7-də baş verən zəlzələdən sonra bugünə kimi 500-dən çox yeraltı təkan qeydə alınıb. Zəlzələnin ilk günündə yaşanan şok artıq keçib, əhali bunun təbii fəlakət olduğunu başa düşür. Müvəqqəti məskunlaşma yerlərində, çadırlarda yerləşdirilən şəxslərin rahatlığı təmin edilsməsi istiqmaətində isə işlər görülür. Həm Səhiyyə, həm də Fövqəladə Hallar nazirliklərinin nümayəndələri tərəfindən sakinlərə tibbi və digər xidmətlər göstərilir.
Qeyd edək ki, Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) Zaqatalada baş verən zəlzələnin episentrindəki prosesləri daha dəqiq analiz etmək üçün əlavə 5 seysmik stansiya quraşdırıb. Yeni stansiyalar zəlzələ ocağındakı proseslərlə bağlı daha dəqiq məlumatlar əldə etməyə imkan verəcək. Stansiyalar proses başa çatana qədər burada qalacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB