Azərbaycan Futbol Federasiya Assosiyasiyaları (AFFA) və "İRƏLİ" İdman Mərkəzi Azərbaycanda Qeyri Hökumət Təşkilatları arası ilk "Gənclər Kuboku" layihəsinə start verir. \"İRƏLİ\"dən SİA-ya verilən xəbərə görə, layihənin keçirilməsində əsas məqsəd gənclər arasında idmanın inkişafı, sağlam həyat tərzinin təbliği və bu sahəyə marağı olan gəncləri bir araya gətirməkdir. Layihədə iştirak etmək istəyən hər bir şəxsdən öz təşkilatını təmsil etmək üçün 20 may tarixinə qədər www.ireli.az saytına daxil olaraq elanlar bölməsində yerləşdirilən elektron formanı doldurmaları xahiş olunur. Layihə 1 iyun tarixindən etibarən start götürəcək.
Qeyd edək ki, 2012-ci ilin prezident tərəfindən "İdman ili" elan edilməsini, ölkədə bu sahənin inkişafına dövlət qayğısının artırılmasını, həmçinin gənclər arasında idmana olan marağı nəzərə alaraq, "İRƏLİ" İctimai Birliyi "İRƏLİ" İdman Mərkəzi yaradılması qərarına gəlib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB