Quba Rayon Polis Şöbəsinin müvəqqəti saxlama təcridxanasına başçəkmə həyata keçirilib
Bu günlərdə Ombudsmanın İşgəncələr əleyhinə Milli Preventiv Mexanizmin (MPM) qrupunun üzvləri olan Quba Regional Mərkəzinin əməkdaşları Quba Rayon Polis Şöbəsinin (RPŞ) müvəqqəti saxlama təcridxanasına başçəkmə həyata keçiriblər.
Qrupun üzvləri başçəkmə zamanı bu müəssisədəki saxlanma şəraitini araşdırıb, həmçinin saxlanmanın qanuniliyini təsdiq edən sənədlərlə tanış olub, hər hansı bir pozuntu aşkar edilməyib. MST-də saxlanılan şəxslərlə söhbət aparılıb, onlara hüquqları izah olunub. Həmin şəxslər saxlanma şəraitindən, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı rəftardan şikayət etməyiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB